Bakıdan Şarm əl-Şeyxə birbaşa çarter reysləri açılacaq

Bakıdan Şarm əl-Şeyxə birbaşa çarter reysləri açılacaq

 2018-2019-cu ilin qış mövsümündə Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reyslər açılacaq.


Dövlət Turizm Agentliyindən "Report"a verilən xəbərə görə, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. 

İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr - 4 apreldə "PAŞA Holidays" şirkəti və Azərbaycan Hava Yolları QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq.

Qeyd edək ki, beynəlxalq Şarm əl-Şeyx hava limanı ("Sharm el-Sheikh International Airport") turistlərə yerindəcə viza əldə etmək imkanı tanıyır.

 
Aktual.az
Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR