Bakıda zavoddan 40 minlik oğurluq edən şəxslər tutuldu

Bakıda zavoddan 40 minlik oğurluq edən şəxslər tutuldu

Avqustun 20-dən sentyabrın 13-dək olan müddətdə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindəki asfalt zavodunun həyətində təmirə saxlanılmış avtomobil və avadanlıqlardan 40.000 manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.

DİN-dən Aktual.az-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinənlər paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyev 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar.
 
 Aktual.az
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR