Bakıda yeznəsini “Vinçerter”lə öldürən şəxs həbs edilib

Bakıda yeznəsini “Vinçerter”lə öldürən şəxs həbs edilib

Paytaxtın Sabunçu rayonunda yeznəsini qətlə yetirməkdə şübhəli bilinən şəxs təslim olub və cinayətdə istifadə etdiyi tüfəngi təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun rolis və rrokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.
Əməliyyat-axtarış və rrofilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olmuş və cinayəti törədərkən istifadə etdiyi "Vinçester” markalı tüfəngi təhvil verib.
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR