Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq" - VİDEO

Bakıda tibbi maska qıtlığı:

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi ağızmaskasına tələbatı artıb. Bununla əlaqədar bəzi insanlar apteklərdə ağızmaskasını və tibbi spirtitapmaqda çətinlik çəkdiklərini bildiriblər.


"Report”un əməkdaşı vəziyyəti öyrənmək üçün paytaxtda yerləşənbir neçə aptekə baş çəkib vətibbi ağız maskalarına olan tələbatın həcmini öyrənib.

Apteklərdən birində əczaçı maskaların limitlə satıldığını bildirib:

"Biz bir müştəriyə5 ədəddən artıq qoruyucu maskasatmırıq. Çünki depodan limitlə verilir, hazırda satılıb qurtarıb. Yenidən veriləcəyini gözləyirik. Spirt isə ölkəmizdə istehsal olunduğu üçün limit nəzərdə tutulmayıb. Alıcılıq qabiliyyətinə gəlincə, bu, həmişə olub, lakin dünəndən etibarən alıcıların sayı artıb. Qiymətlərdə isə artım yoxdur. Sadə birqat maska 10 qəpik, 100 ml. spirt 50 qəpiyədir”.

Digər əczaçı isə deyib ki, tibbi ağızmaskaları artıqbitmək üzrədir:

"Demək olar ki, depolarda da ağız maskasıyoxdur. Əvvəllər limitlə verirdilər, indi onu da vermirlər.Hazırda bir nəfərə iki ədəddən artıq satmırıq. İkiqat maska 20 qəpik, üçqat isə 30 qəpiyə satılır. Spirtin satışında isə limit yoxdur. Qiyməti də əvvəlki kimidir".

Qeyd edək ki, Çində koronavirus epidemiyasından ölənlərin sayı2 592nəfərə çatıb. Bəzi mənbələr İranda 18 nəfərin, bəziləri isə 12 nəfərin öldüyün bildirir.Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə koronavirusun aşkarlanmadığı barədə məlumat yayıb.


Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR