Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Sentyabrın 19-da DİN-in "102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Xətai rayon Polis idarəsinin RPİ 35-ci polis bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib.
Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
 
Aktual.az-
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR