Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçərək qəza törədib - FOTO

Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçərək qəza törədib - FOTO

Yasamal rayonunda yol qəzası baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Mətbuat prospektində baş verib.
Belə ki, Vüqar Əmircanov idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü "Tofaş" markalı nəqliyyat vasitəsilə ona çırpılıb.
Qəza zamanı yolda sıxlıq yaranıb. "Tofaş" markalı avtomobilin sürücüsünün avtomobilə dair heç bir sənədi olmayıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR