Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizinin üstü açılıb

Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizinin üstü açılıb

Bakıda törədilən qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizinin açılması təmin edilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ötən ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirib.

O, qeyd edib ki, əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8, soyğunçuluqlar 10, quldurluqlar 16, dələduzluqlar 3,4, avtonəqliyyatın qaçırılması 6,3, xuliqanlıq cinayəti isə 12,2 faiz azalıb.

Cinayətlərin 80, onun ağır növlərinin 78,7, qeyri-aşkar şəraitdə baş verənlərin 69,7, şəxsiyyət əleyhinə olan cinayətlərin 94,4, o cümlədən qəsdən adam öldürmələrin 92,9, adam öldürməyə cəhdlərin 96,9, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,2, adam oğurluqlarının 80 faizinin açılması təmin olunub.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olduğunu deyən M.Seyidov qeyd edib ki, baş idarənin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5.301 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 316 bağlı cinayət açılıb.

Həmçinin o da qeyd olunub ki, təqsirləndirilən şəxs qismində axtarışda olanların 73,7, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 55,1 faizi tutulub.

Narkotiklərlə bağlı aşkar edilmiş 802 fakt üzrə qanunsuz dövriyyədən 272 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

2016-cı illə müqayisədə paytaxtda yol-nəqliyyat hadisələrinin sayı 5,6 faiz, xəsarət alanların sayı isə 20 faiz azalıb, habelə avtoxuliqanlıq edən 92 sürücü barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib.

Xəbər 155 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR