Bakıda qəribə oğurluq: Uduşlu lotereyaları götürüb qaçdı

Bakıda qəribə oğurluq: Uduşlu lotereyaları götürüb qaçdı

Bakıda uduşlu lotereya oğurlanıb.
 
Aktual.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
 
Qəsəbənin Y.Əliyev küçəsində naməlum şəxs Bakı şəhər sakini Nurəddin Vəliyevin əlindən 200 ədəd lotereyanı götürərək qaçıb.
 
Zərərçəkən bu barədə polisə məlumat verib. Bildirilib ki, oğurlanan lotereyaların içərisində yüksək məbləğdə uduş olub.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.(lent.az)

Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR