Bakıda qadını intim fotolarla şantaj edən şəxs bəraət istəyir

Bakıda qadını intim fotolarla şantaj edən şəxs bəraət istəyir

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılov barəsində olan hökmdən kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Şikayət hakim Əli Seyfəliyevin icraatına verilib. 
Məhkəmə iclası mayın 22-nə təyin edilib.
İttiham aktına əsasən, E.İsmayılov tanışı olan Rəna Məmmədovanı (ad və soyad şərti) şantaj edərək pul tələb edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Xəbər 218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR