Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb və o, müvafiq polis şöbəsinə təhvil verilib.
Məlumata görə, xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatı öyrənilir.
Xəbər 169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR