Bakıda “Lexus” əks yola çıxaraq təhlükəli vəziyyət yaradıb - VİDEO

Bakıda “Lexus” əks yola çıxaraq təhlükəli vəziyyət yaradıb - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozaraq əks yola çıxan vətəhlükəli vəziyyət yaradan sürücü kameraya düşüb.

"Report"un xəbərinə görə, hadisəBinəqədi rayonu ərazisində qeydə alınıb.

Görüntülərdən məlum olur ki, Azadlıq prospekti ilə hərəkət edən10-YY-357 dövlət nömrə nişanlı, "Lexux” markalı avtomobilin sürücüsü qoşa xəttin tələblərini pozaraq yolun əks istiqamətinə çıxıb.

Eyni zamandasürücü işıqforun qadağanedici nişanında gözləmək əvəzinə axının əksinə hərəkəti davam etdirib. O, yol kəsişməsində digər avtomobillər üçün təhlükə yaradıb.

Qeyd edək ki,İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən belə qayda pozuntusuna yol verən sürücülər 100 manat və 4 bal cərimə olunurlar.

Həmin videonutəqdim edirik:

Xəbər 102 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR