Bakıda küçə itləri müstəntiqə hücum etdi - 24 tikiş qoyuldu

Bakıda küçə itləri müstəntiqə hücum etdi - 24 tikiş qoyuldu

Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib.
 
"Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.
Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.
 
Aktual.az
Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR