Bakıda karantini pozan dönər evinin sahibi 2 000 manat cərimələndi

Bakıda karantini pozan dönər evinin sahibi 2 000 manat cərimələndi

Bakıda xüsusi karantin qaydalarını pozan dönər evi aşkarlanıb.

"Report"un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq reyd zamanı Binəqədi rayonunun Biləcəri yolunda yerləşən "Keyfi manqal" dönər evinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərdiyi məlum olub.
Müvafiq reydlərlə dönər evində ümumilikdə 4 nəfərin xüsusi karantin qaydalarını pozduğu aşkarlanıb.
Daha sonra obyekt sahibi barəsində inzibati protokol tərtib olunaraq 2 000 manat, digər şəxslər isə 100 manat cərimə olunublar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.
Xəbər 154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR