Bakıda karantin rejimini pozan restoran aşkar edilib

Bakıda karantin rejimini pozan restoran aşkar edilib

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib. 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  Aktual.az-a verilən məlumata görə, Ş.Kamilov küçəsində yerləşən "Olympus” PUB restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollartərtib olunub.
Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.
Xəbər 1574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR