Bakıda əcnəbi icarəyə götürdüyü avtomobillə qəza törədib

Bakıda əcnəbi icarəyə götürdüyü avtomobillə qəza törədib

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
 
APA-nın  məlumatına görə, avtoqəzanı Bəhreyn vətəndaşı icarəyə götürdüyü avtomobillə törədib.
 
Yol nəqliyyat hadisəsi Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən "Kia" markalı avtomobillə Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfildən sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" markalı digər avtomobil "Kia"ya çırpılıb.

Yol qəzası nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerində yol polis əməkdaşları olub və sürücülərin ifadələri alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 
 
Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR