Bakıda dələduzluq yolu ilə 10 min dollar mənimsəyən şəxs tutulub

Bakıda dələduzluq yolu ilə 10 min dollar mənimsəyən şəxs tutulub

Paytaxtın Sabunçu rayonunda Bakı şəhər sakinini aldadan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən xəbərə görə, mayın 20-də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev 2008-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 ABŞ dollarını aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən biri, paytaxt sakini İ.Mikayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az-
Xəbər 213 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR