Bakıda daha bir məktəbin üç sinfi distant təhsilə keçdi

Bakıda daha bir məktəbin üç sinfi distant təhsilə keçdi

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 5ç, 7d və 10ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Aktual.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 18 oktyabr tarixində karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR