Bakıda böyük mağazası olan iş adamının evinə basqınla bağlı 8 nəfər tutulub

Bakıda böyük mağazası olan iş adamının evinə basqınla bağlı 8 nəfər tutulub

Türkiyəli iş adamı, "Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın Eskişehir vilayətindəki evinə basqınla bağlı daha 7 nəfər saxlanılıb.

ONA yerli mətbuata istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Bolqarıstandan Rumıniyaya keçmək istəyən 7 nəfər sərhəddə tutulub. Onların 4-ü qadın, 3-ü kişidir.
Hazırda həmin şəxslərin Türkiyəyə ekstradisiya olunması istiqamətində danışıqlar aparılır.
Qeyd edək ki, Cəmaləddin Sararın evinə basqın edən 3 maskalı şəxs iş adamının və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq, onlara fiziki təzyiq göstərib.
Dəstə üzvləri mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürərək, qaçıblar.
İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub. 
Hadisədən bir neçə saat sonra evdə qulluqçu olan Moldova vətəndaşı, 34 yaşlı İlua D. tutulub. 
Qeyd edək ki, "Sarar”ın Bakıda da mağazası var.
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR