Bakıda bacılarını öldürən şəxsə ömürlük cəza verilib

Bakıda bacılarını öldürən şəxsə ömürlük cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızına bıçaqla bir neçə zərbə endirərək öldürüb. Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən, qadın xəstəxanada ölüb.
M. Əlimanova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham verilib. M. Əlimanovun əvvəllər də qəsdən adamöldürməyə görə məhkum olunduğu bildirilir.
Xəbər 190 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR