Bakıda avtobus sərnişinləri üçün yeni məlumatlandırma sistemi istifadəyə veriləcək

Bakıda avtobus sərnişinləri üçün yeni məlumatlandırma sistemi istifadəyə veriləcək

Bakıda marşrut avtobuslarının hərəkət etdiyi istiqamət və interval barədə yeni məlumatlandırma sistemi istifadəyə veriləcək.

Bunu "APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən deyiblər.
Qeyd edilib ki, sistemin işə salınması bütün avtobus marşrutların kart sisteminə keçidindən sonra gözlənilir: "Bu gün dayanacaqlarda qurulan monitorlar mənəvi baxımdan öz istismar dövrünü başa vurub və müasir tələblərə cavab vermir. Hazırda sərnişinləri daha rahat şəkildə məlumatlandıra biləcək yeni bir sistem üzərində işlər aparılır. Yenilik kart sisteminə tam keçdikdən sonra tətbiq olunacaq”.
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR