Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb

Bakıda asfalt örtüyünün çökdüyü ərazidəki ağaclar qəzalı vəziyyətə düşüb

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində oktyabrın 17-də asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Aktual.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Baxış zamanı 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.
Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.
 
Aktual.az
Xəbər 208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR