Bakıda altı ay əvvəl təmir olunan yolda nişanlanma yoxdur - FOTO

Bakıda altı ay əvvəl təmir olunan yolda nişanlanma yoxdur - FOTO

Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində heç bir nişanlanma işləri aparılmayıb. 
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 
Bildirilib ki, küçənin təmirindən altı ay ötsə də, asfalt üzərində heç bir nişanlanma işləri aparılmayıb. 
Qeyd edək ki, təmirdən əvvəl yol pis vəziyyətdə olsa da, nişanlanma xətləri olub.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Aktual.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə məlumatlıdırlar:
"Yaxın bir-iki gün ərzində küçədə nişanlanma işləri aparılacaq”.




Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR