Bakıda AĞIR QƏZA: Bir ailənin 3 üzvü öldü

Bakıda AĞIR QƏZA: Bir ailənin 3 üzvü öldü

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Aktual.az report-a istinadən xəbər verir ki, Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.
 
Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.
 
Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR