Bakıda ahıl kişi oğlu tərəfindən döyüldü

Bakıda ahıl kişi oğlu tərəfindən döyüldü

 Bakının Suraxanı rayonunda ata oğlu tərəfindən döyülərək burunu sındırılıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə İlham Şükürov küçəsi 27 ünvanında baş verib.
Belə ki, 1948-ci il təvəllüdlü Əsgərov İdris Səfər oğlu oğlu ilə mübahisə edib. Mübahisə zamanı o, döyülüb. Üz və bədən nahiyələrindən xəsarət alan İ.Əsgərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
Həkimlər onun burun sümüyünün sındığını bildirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR