Bakıda adam oğurluğu baş verib - Həbs edilənlər var

Bakıda adam oğurluğu baş verib - Həbs edilənlər var

Bakıda adam oğurlayan şəxslər saxlanılıb.

Aktual.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR