Bakıda 4-cü "Business Networking Night" tədbiri keçiriləcək

Bakıda 4-cü

Sentyabrın 27-də, saat 19:00-da Bakıda "Majlis” biznes şəbəkəsinin ("Business Network”) sayca 4-cü "Business Networking Night" tədbiri keçiriləcək.

"Report” xəbər verir ki, "Baku Business Factory”nin tərəfdaş olduğu tədbirin məqsədi keyfiyyətli şəbəkələşmə mühiti yaradaraq sahibkarları, rəhbər şəxsləri, menecerləri bir araya toplamaqdır.
"Business Networking Night"da 60-dan çox şəxsin iştirakı nəzərdə tutulub. Tədbirin proqramına sərbəst şəbəkələşmə və furşet masası, iştirakçıların tanışlığı üçün aktivliklər, eləcə də bu günə qədər özünün müxtəlif layihələrdə sınamış Elvin Dadaşsoyun "İradənin gücü” mövzusunda çıxışı daxildir.
"Business Networking Night" biznes sahibləri, şirkətlərə və onların departamentlərinə rəhbərlik edən şəxslər, şirkətinin fəaliyyətini gücləndirmək istəyənlər, yeni peşəkar tanışlıqlar axtarışında olanlar üçündür.
Xatırladaq ki, "Majlis” biznes şəbəkəsini bir neçə iş adamı yaradıb. İlk görüşlər bu şəbəkənin təsisçiləri arasında qapalı keçirilib. Görüşlərin müsbət təsirini və bu təsirin getdikcə artdığını müşahidə edən "Majlis” təsisçiləri biznes şəbəkəsini böyütmək, fəaliyyətini genişləndirmək məqsədi ilə onu ictimaiyyətə açıq elan ediblər. Hazırda şəbəkənin "Business Networking Night”dan əlavə "Dəyirmi Masa”, "Coffee Break” və digər müxtəlif formatda tədbirləri də mövcuddur.
"Majlis”in əsas missiyası sahibkarlar, rəhbər şəxslər və yüksək səviyyəli menecerlərin güclü şəbəkəsini yaratmaq, bununla da onların biznesinə, şəxsi inkişafına və ümumilikdə ölkədəki biznes mühitinə töhfə verməkdir. 
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR