Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Bakıda 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb.

"Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi və Səbail rayonları ərazisində baş verib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi və Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının birgə keçirdikləri əməliyyat-axtarış tərbirləri zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü İ.Zaranovdan 222 qram metamfetamin aşkar edilərək götürülüb.
Bundan başqa, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü Ə.Abdullazadə saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 125 qram "Tramadol” və 165 qram metamfetamin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR