Bakı-Tbilisi-Qars xətti ilə daşınan yüklər 2,4 dəfə artıb

Bakı-Tbilisi-Qars xətti ilə daşınan yüklər 2,4 dəfə artıb

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini daha intensiv istifadə etmək üçün çalışırıq. Təkcə bu ilin aprel ayında bu marşrutla daşınan vaqonların sayı yanvar ayına nisbətən təxminən 2,8 dəfə, yüklərin həcmi isə 2,4 dəfə artaraq müvafiq olaraq 344 vaqon və 10,194 min tona çatıb”

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirıb.
Onun sözlərinə görə, Azərbaycan və gürcüstanlı tərəfdaşları ilə intensiv şəkildə videokonfrans və telefonla əlaqə saxlanılır: "Mövcud vəziyyət bütün ölkələri ticarəti davam etdirmək üçün alternativ yollar hazırlamağa sövq edir. Gündəlik ehtiyacları davamlı və effektiv şəkildə qarşılamaq üçün həmkarlarımızla birgə əlaqəli şəkildə çalışırıq".
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. 
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263kilometri Gürcüstandan keçir. Yolun 79kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR