Bakı-Supsa kəməri ilə ötən il 3,75 mln. ton neft nəql edilib

Bakı-Supsa kəməri ilə ötən il 3,75 mln. ton neft nəql edilib

 Bakı-Supsa neft kəməri ilə (Qərb İxrac boru kəməri) 2018-ci ildə 3 751,3 min ton xam neft ixrac edilib.

"Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2018-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.
Bu həcm isə 2017-ci ildən 36,6 min ton və ya 0,97% azdır.
Qeyd edək ki, Qərb İxrac Boru Kəməri Xəzərdəki neft yataqlarından xam nefti Qara dəniz sahilinə nəql edir və xam neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.
Bu kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır.
Bu boru kəmərinin uzunluğu 829 kilometrdir.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin sahibidir və Azəri-Çıraq-Dərinsulu Günəşlı (AÇG) Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları adından onu istismar edir.
Kəmərin tikintisi Azərbaycan ilə Gürcüstan arasında 1996-cı ilin aprel ayında bağlanmış Hökumətlərarası Sazişin ratifikasiyasından sonra başlanıb və 1998-ci ilin noyabr ayında başa çatıb. Kəmər 1999-cu ilin fevralından istismardadır, Supsa terminalının açılışı isə həmin 17 aprel tarixində həyata keçirilib.
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR