“Bakı Metropoliteni” Rusiyadan yeni vaqonlar alır

“Bakı Metropoliteni” Rusiyadan yeni vaqonlar alır

Moskvada "Bakı Metropoliteni” QSC Rusiyanın ”Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş” ASC ilə müqavilə imzalayıb.

"Report”un Rusiya bürosunun verdiyi xəbərə görə, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıb.
Müqaviləyə əsasən, "Bakı Metropoliteni” QSC-yə 765 seriyalı innovativ üstünlüklərə malik olan metro vaqonlarının tədarükünü nəzərdə tutur.
Qeyd edək ki, 2019-cu ildə "Bakı Metropoliteni” "Metrovaqonmaş” ASC-dən 30 yeni vaqon yaxud 6 qatar alıb. Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan "Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında "Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın "Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz etmişdi.


Xəbər 665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR