Bakı Limanı vasitəsilə yükdaşıma artıb

Bakı Limanı vasitəsilə yükdaşıma artıb

Bu ilin əvvəlindən Bakı Limanı vasitəsilə 25 564 konteyner daşınıb.

Aktual.az xəbər verir ki, bu barədə jurnalistlərə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Vəfa Səfərli-Abdullazadə bildirib.
O qeyd edib ki, bu, ötən illə müqayisədə 45,3% çoxdur.

Ümumilikdə 3,9 milyon ton yük daşınıb. Bu yüklərin 52%-i Türkmənistanla dövriyyənin payına düşür.
V.Səfərli-Abudllazadə əlavə edib ki, əvvəlki illərlə müqayisədə sərnişinlərin də sayı artıb. Bu il Bakı Limanına 45 min sərnişin qəbul edilib. İlin sonundək bu rəqəmin 47 minə çatacağı gözlənilir.
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Bakı-Türkmənbaşı limanları arasında 4 sərnişin gəmisi hərəkət edir, lakin sərnişinlərin sayı artıqca gəmilərin də sayının artırılması nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR