“Bakı Gənclər Klubu” gəncləri vətənpərvər ruhda tərbiyəsi istiqamətində yeni layihən həyata keçirir

“Bakı Gənclər Klubu” gəncləri vətənpərvər ruhda tərbiyəsi istiqamətində yeni layihən həyata keçirir

"Bakı Gənclər Klubu” ictimai birliyi dövlətimizin həyata keçirdiyi siyasətinin vacib tərkib hissəsi - gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, "Bir olür – min dirilərik !” devizi altında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gəncləri vətənpərvər ruhda tərbiyəsi istiqamətində növbəti adlı layihənin icrasını həyata keçirir. Layihənin icrası Bakı şəhəri və iki il öncə qızğın döyüşlər gedən, düşmən tapdağından azad olunan Füzuli rayonunda həyata keçiriləcək.
 
Aktual.az xəbər verir ki, layihənin məqsədi - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə muasir qəhrəman obrazları yaratmaqdır.
 
Layihə çərçivəsində 3 qısametrajlı filmlərin çəkilişi həyata keçiriləcək. Qeyd etdiyimiz layihə çərçivəsində səfərlərimiz Vətən müharibəsi qazilərin yaşadıqları və 44 günlük müharibə zamanı qızqın döyüşlər getdiyi Füzuli rayonunda təşkil olunacaq. Çəkilişlərdə müxtəlif hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyyələri və s. məqamlar öz əksini tapacaq. Layihə 3 ay davam edəcək.. Nəzərə alsaq ki, müharibə bitib və dövlətimiz azad olunmuş ərazilərdə quruculuq işləri aparır, təssüf hissilə qeyd etmək lazımdır ki, düşmən öz revanşist fikirlərindən geri çəkilmir. Bu nöqtəyi nəzərdən layihə çərçivəsində hazırlanmış 3 qısametrajlı filmləri gələcəkdə gənclərimizin vətənpərvər ruhda böyüməsində, muasir qəhrəman obrazların yaranmasında, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında böyük rol oynayacaq.
 
"Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və "Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür. 
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR