Bakı-Gəncə sürət qatarı işə salındı

Bakı-Gəncə sürət qatarı işə salındı

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

"Report" xəbər verir ki, sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb.
Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək. Qeyd edək ki, qatarın ik sərnişinləri jurnalistlər və bir qrup deputatlardır. Qonaqları "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov müşayiət edir.
Xatırladaq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.
 
Aktual.az
Xəbər 661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR