Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə sabahdan yanvarın 3-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


"Report” xəbər verir ki, bu barədə BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məmumat verib. 

Onun sözlərinə görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, 200-dən çox ehtiyat avtobus ayrılıb.  Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur: 

"Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.azsaytından daha öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə BBAK-ın mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər", - deyə o, qeyd edib. 

 
Aktual.az
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR