“Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində fərqlənən bir qrup şəxs təltif edildi

“Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində fərqlənən bir qrup şəxs təltif edildi

Prezident İlham Əliyev "Bakı Ağ şəhər" layihəsinin həyata keçirilməsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Bakı şəhəri ərazisində reallaşdırılan ən böyük tikinti layihələrindən olan "Bakı Ağ şəhər" layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
"Şöhrət" ordeni ilə
Sadıxov Ruslan Oqtay oğlu
"Tərəqqi" medalı ilə
Abbasov Nütvəli İskəndər oğlu
Abdullayev Fəzail Cahangir oğlu
Çernova Yelena Viktorovna
Dadaşov Etibar Mürşüd oğlu
Quliyev Elxan Abubəkir oğlu.
 
Aktual.az
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR