“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Abunəçilərin iri həcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə Bakcell şirkəti cəmi 30 manata yeni 50 GB İnternet paketini təqdim edir. 
Bu təklif sayəsində Bakcell öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İri həcmli internet paketi yüksək keyfiyyətli video kontentə baxmaq və ya yükləmək, sosial media və əyləncə proqramlarına ani giriş edə bilmək, HD keyfiyyətində canlı yayımlanan idman və musiqi verilişlərinə baxmaq və yeni nəsil mürəkkəb mobil tətbiqetmələrdən istifadə etmək istəyən abunəçilər üçün çox əlverişlidir. 
"Müasir müştəri təcrübəsi daha sürətli və keyfiyyətli mobil internet bağlantısı, eləcə da daha böyük trafik həcmi tələb edir. Biz abunəçilərimizə bütün ölkə ərazisində video yayım xidmətləri, sosial şəbəkələr və digər yüksək keyfiyyətli kontentlə yanaşı ən müasir telekommunikasiya xidmətlərindən istifadə imkanı təqdim etməkdən məmnunuq. Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı üstün müştəri təcrübəsini təmin etmək məqsədilə, təklif etdiyimiz xidmət və məhsulların təkmilləşdirilməsini davam etdirəcəyik”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib. 
50 GB internet paketini "Mənim Bakcellim” tətbiqetməsi vasitəsilə və ya xüsusi kodu yığmaqla əldə etmək olar. Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/50gb-bundle səhifəsini ziyarət edin. 
Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş Bakcell şəbəkəsi bunun üçün bütün texniki imkanları təmin edir. 
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR