Badamdarda yenidən sürüşmə olub - FOTO

Badamdarda yenidən sürüşmə olub - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov "Report"a açıqlamasında bildirib ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır:

"Hazırda sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq".

*** 
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

"Report"un xəbərinə görə, sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb.
Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən əraziyə yollanıb.


Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR