Babil şəhəri Dünya İrs Siyahısına daxil edilib

Babil şəhəri Dünya İrs Siyahısına daxil edilib

İraq ərazisində yerləşən tarixi Babil şəhəri Dünya İrs Siyahısına daxil edilib.

"Report" xəbər verir ki, qərar Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında verilib.
Babilin Dünya İrs Siyahısına deyil, Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi müzakirə edilsə də, İraq nümayəndə heyəti çıxış edərək təkidlə Babil şəhəri və Mesopotomiya ilə bağlı qərara səs verməyə çağırıb. Bu istiqamətdə hələ ötən əsrin 80-ci illərindən iş apardıqlarını, lakin müharibələrin bu işi başa çatdırmağa imkan vermədiyini bildirib.
Nəhayət, qərar bənd-bənd səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının bügünkü müzakirələrində Braziliyanın təqdim etdiyi "Parati - Mədəniyyət və biomüxtəliflik” nominasiyası və Burkina Fasonun təqdim etdiyi qədim polad metallurgiya abidələri də Dünya İrs Siyahısına qəbuil olunub.
Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR