“Azərsu” gücləndirilmiş iş rejiminə keçir

“Azərsu” gücləndirilmiş iş rejiminə keçir

15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar qurumda  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.
İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.
 
Aktual.az
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR