“Azərsu" ASC-yə məxsus boruları oğurlamaq istəyənlər tutuldu

“Azərsu

Bakıda oğurluğa cəhd edilib.

"Report”un xəbərinə görə, hadisə iyunun 28-i gecə saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Qəmbər Orucov "KamAZ” markalı yük maşını ilə, 1984-cü il təvəllüdlü Naməddin Abdullayev isə "Mercedes” markalı avtomobili ilə "Azərsu" ASC-yə məxsus işlək olmayan 75 m uzunluğunda, 800 mm-lik dəmir borularını oğurlayarkən Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin şəxslər Sabunçu Rayon Polis İdarəsinə (RPİ) təhvil verilib.
Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR