“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

“Azərpoçt” bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Aktual.az-a Nazirlikdən bildirilib.
Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 36 ünvanındakı 1 saylı "Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 18:00-a qədər, paytaxtda, eləcə də Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər "Şəbəkə” xidmət mərkəzləri isə saat 09:00-dan 17:00-a qədər vətəndaşlara xidmət göstərəcək.
Eyni zamanda paytaxtdakı 1 saylı poçt filialının 1,7,10,33,66, 2 saylı poçt filialının 9, 102, 111, 117, 3 saylı poçt filialının 2(MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130, 170 saylı poçt şöbələri, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri 09:00-dan 17:00-a qədər işləyəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR