“Azərkosmos” iki Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” iki Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Azərkosmos” ASC və Türkiyənin aparıcı rəqəmsal televiziya yayım platforması olan "Digiturk” və mobil operatoru olan "Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb. 

Bu barədə "Report"a "Azərkosmos”dan bildirilib. 
Müqaviləyə əsasən "Digiturk” şirkəti "Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin, "Vodafone” şirkəti "Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.
2019-cu il ərzində "Türkcell” mobil operatoru və "Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra "Digiturk” və "Vodafone” şirkətləri ilə imzalanmış müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR