“Azəriqaz”: Ötən il 93 350 yeni abonent qeydiyyata alınıb

“Azəriqaz”: Ötən il 93 350 yeni abonent qeydiyyata alınıb

 2017-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb.

Aktual.az "Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 48 877-si Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir.
Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb.
Bu il yanvarın 1-i tarixinə qeyri-əhali sektoru üzrə 468 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb. 
 
Aktual.az
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR