"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb


"Azəriqaz” istehsalat Birliyi Göyçay, Ucar, Zərdab rayonlarında nəzərdə tutulmuş təmir işlərini təxirə salıb. 

Bu barədə Aktual.az-a qurumun mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir ki, bu səbəbdən də qeyd edilən rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatının 2 gün müddətinə dayandırılması təxirə salınıb.
Xatırladaq ki, "Azəriqaz” Göyçay, Ucar, Zərdab rayonlarının bəzi ərazilərində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması ilə bağlı elan vermişdi.
Xəbər 209 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR