“Azəriqaz” fevralın 1-dən sayğaclara profilaktik baxış keçirəcək

“Azəriqaz” fevralın 1-dən sayğaclara profilaktik baxış keçirəcək

"Azəriqaz” İstehsalat Birliyi fevralın 1-dən başlayaraq sayğaclara profilaktik baxış keçirəcək.

Bu barədə Aktual.az-a Birlikdən məlumat verilib.
Qeyd edilib ki, "Azəriqaz” İstehsalat Birliyi ildən-ilə abonentlərini daha da məmnum etmək məqsədilə müxtəlif texniki tədbirlər həyata keçirir. "Bu tədbirlərdən biri isə uzun müddət profilaktik xidmət göstərilməsi mümkün olmayan sayğaclara yerində texniki xidmət keçirilməsi olacaqdır ki, bu da gələcəkdə həmin abonentlərin fasiləsiz qazla təminatına zəmanət yaradacaq.
Qeyd edək ki, əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır. Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq Birlik tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub",- məlumatda qeyd edilib.
Bununla bağlı qaz istehlakçılardan "Azəriqaz” İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərimizin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edir. 
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR