“Azərenerji” yanvarda elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

“Azərenerji” yanvarda elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

 2019-cu ilin yanvar ayında Azərbaycan 11 116,31 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Aktual.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 549,84 min dollar və yaxud 4,33 dəfə çoxdur.
Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 248 475,18 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2018-cı ilin yanavarına nisbətən 187 864,09 min kVt/saat və yaxud 4,1 dəfə çoxdur.
Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,045 dollar yaxud 0,0765 (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) manat olub. 2018-ci ilin yanvarında isə ixrac olunan hər kVt/saat elektrik enerjisinin dəyəri 0,042 dollar yaxud 0,0714 manat olub.
Yanvar ayında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,87%-ni təşkil edib ki, bu da ötən ilə nisbətən 0,62 faiz bəndi çoxdur.
Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı "Azərenerji” ASC-dir.
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR