Fəaliyyət
illəri ərzindəKİV nümayəndələrinin
inkişafına,onların peşəkar bacarıqlarının artırılmasına və
beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin, rəqəmsalingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı
olmaqməqsədilə çoxsaylı layihələr həyata keçirən ölkənin lider
mobil operatoru Azercell Telekom, jurnalistlər üçün növbəti ingilis dili
kurslarını təşkil edir.
2020-ci ilin əvvəlində start veriləcək kurslar çap, elektron və teleradio kütləvi
ınformasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün açıqdır. Kurslarda
iştirak etmək üçün jurnalistikada ən azı bir il iş təcrübəsinə malik olan şəxslər
KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 15 yanvar
2020-ci il tarixinə qədər[email protected]elektron ünvanı vasitəsilə şirkətə təqdim etməlidirlər. Dərslər
ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən əyani şəkildə həftədə 2 dəfə
keçiriləcək. 6 ay davam edəcək dərslərdə media nümayəndələrinə
qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini
gücləndirmək imkanı yaradılacaq.
Qeyd edək
ki, Azercell 10 ildən artıq bir müddət ərzində jurnalistlər üçün dil kursları təşkil
edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış
kurslarda iştirak edib. Bundan əlavə, mediasahəsində baş verən yenilik və
trendlərlə yerli jurnlaistləri tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq
jurnlalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən
mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda
seminar və təlimləri təşkil olunur.
Daha ətraflı məlumat
üçün[email protected]ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və
qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell
Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi
Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal
altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8%
təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz
Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri,
24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri,
M2M, 4Gvə test rejimində 5Gtexnologiyası,
mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri,
mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi
Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə
edir.Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə
dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış
araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil
operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə
və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl
Sertifikatına layiq görülən yeganə şirkətdir.