Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

"Azercell Telekom” MMC Təhsil Nazirliyinin SABAH qruplarının "Qış Məktəbi” layihəsi çərçivəsində master-klasslar təşkil edib


Ölkənin mobil rabitə bazarının lideri "Azercell Telekom” MMC, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Karyera Akademiyası tərəfindən təşkil edilən "Qış Məktəbi” layihəsində iştirak edib. 11-13 fevral, 2020-ci il tarixlərində Şamaxı şəhərində baş tutan layihə çərçivəsində Azercell Akademiyasının təlimçiləri Vahidə Orucova və Könül Məmmədova tələbələrə "Təqdimat bacarıqları” və "Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən master-klasslar keçiblər. Qeyd etmək lazımdır ki, "Qış məktəbi” layihəsində Azercellin iştirakı artıq xoş bir ənənəyə çevrilib. Belə ki, bu layihə çərçivəsində 2017-ci ildən etibarən hər il şirkətin peşəkar əməkdaşları təcrübə və biliklərini tələbələrlə bölüşürək, onların peşəkar və şəxsi inkişafına böyük töhvə verirlər. Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrə uğurlu karyera qurmaq üçün zəruri olan fundamental bacarıqların aşılanmasıdır.

Təhsil NazirliyiSABAH qrupları ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədiləyaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir. Qeyd etmək lazımdır ki, 2017-ci ildə "Azercell Telekom” MMC və Təhsil Nazirliyinin SABAH qrupları arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən şirkət tərəfindən son 3 il ərzində "Sabah” qruplarının 30 tələbəsinə aylıq təqaüd ayırılıb. Həmçinin SABAH qruplarının 20-dən artıq tələbəsi şirkətdə təcrübə keçmək fürsəti qazanıb ki, onlardan 1-i hal-hazırda artıq Azercell işçisidir. Bu il isə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülən 28 tələbədən 9-u "SABAH” qrupları tələbələri arasından seçilib.


Daha ətraflı məlumat üçün[email protected]ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4Gvə test rejimində 5Gtexnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Xəbər 943 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR