Ölkənin lider mobil operatoru "Azercell
Telekom” MMC tərəfindən mətbuat nümayəndələri üçün təşkil edilən növbəti
ingilis dili kursları başa çatıb. Şirkət sentyabr ayının 18-də kursu müvəffəqiyyətlə
bitirən jurnalistlərlə görüş keçirib. Tədbirdə çıxış edən "Azercell Telekom”
MMC-nin prezidenti Vahid Mürsəliyev, mətbuat nümayəndələrini cəmiyyətin
rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində şirkətin əsas tərəfdaşı
adlandırıb. "İctimai fikrin formalaşmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində
töhfəniz böyükdür və danılmazdır” deyə Vahid M. öz çıxışında bildirib. Tədbirin
sonunda iştirakçılar Azercell
şirkəti tərəfindən sertifikat və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, 6 ay
davam edən kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə
və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı
yaradılıb. Məşğələlər "Language Solutions” şirkəti tərəfindən bir neçə səviyyəli proqram üzrə tədris
olunub.
"Azercell Telekom” MMC qloballaşma dövründə mətbuat
nümayəndələrinin daha çox resurslara çıxışını təmin etmək, eləcə də onların
beynəlxalq əlaqələr qurmasına və təcrübə mübadiləsindən faydalanmasına şərait
yaratmaq üçün müntəzəm şəkildə müxtəlif peşəkar təlimlər və xarici dil kursları
keçirir. Şirkət 22 illik fəaliyyəti boyunca ölkədə jurnalistikanın inkişafına dəstək
olmaq məqsədilə bir çox layihələri reallaşdırıb. Məlumat üçün bildirək ki, indiyədək
500-ə yaxın jurnalist Azercell şirkətinin təşkil etdiyi ingilis dili
kurslarının iştirakçısı olub.
Daha ətraflı məlumat
üçün
[email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri
və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell
Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyon abunəçi
Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.1% (işğal
altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8%
təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib:
GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7
Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri,
M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən
müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in
sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a
yaxın bölgəsini, əhalinin 86.2%-ni əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini
ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər
tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi
Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş
etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People”
İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Xəbər 82 dəfə oxunub.