Azercell-in Rominqi millər qazandırır!

Azercell-in Rominqi millər qazandırır!

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün "Azercell Telekom” MMC öz xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir. Ölkəninrəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell, Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankla birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə Rominq xidməti çərçivəsində əlavə millər qazanmaq imkan yaradır. Belə ki, cari ilin noyabr ayının 1-dən 2020-ci il, yanvar ayının 31-dək PAŞA Bankın "Miles&Smiles” kartının sahibi olanAzercell abunəçiləri Rominq xidməti çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.

Həmçinin 2020-ci il, yanvar ayının 31-dək Azercell-in Rominq İnternet Paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı WhatsApp mobil tətbiqi üzərindən yazışmalardan pulsuz istifadə edə biləcəklər.

 

Vurğulayaq ki, Azercell 54ölkədə fəaliyyət göstərən80-dan çox operatorunşəbəkəsində 4 fərqli Rominq İnternet Paketlərini istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.

 

PAŞA Bankın "Miles&Smiles” kartı haqqında ətraflı məlumat üçün https://miles.pashabank.az/ səhifəsinə daxil olun.

 

Azercell-in Rominq İnternet Paketləri barədə ətraflı məlumatla https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsindən tanış olmaq mümkündür.

 

 

Daha ətraflı məlumat üçün [email protected]ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

 

Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR